Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana gəldi
BEY.AZ informasiya agentliyi xəbər verir
2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun ailəsi 17 ildən sonra Azərbaycana qayıdıb.
Metbuat.az xəbər verir ki, bu barədə Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova paylaşım edib.
Rüşaniyyə Hüseynova oğlu, 17 yaşlı Aslanla birlikdə vətənə gəlib. Onlar Elmar Hüseynovun məzarını ziyarət etməklə yanaşı, Şuşaya da səfər ediblər.
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elmar #Hüseynovun #ailəsi #ildən #sonra #Azərbaycana #gəldi