fbpx

“Elmlər Akademiyası” metrostansiyasının adı dəyişdiriləcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünən AMEA ilə bağlı verilən qərarlar cəmiyyətdə çaşqınlıq yaradıb. Hətta sosial şəbəkələrdə “AMEA ləğv olunacaqsa, “Elmlər Akademiyası” metrostansiyasının da adı dəyişdiriləcək?” kimi suallar müzakirə edilib.

Metbuat.az-ın sorğusuna cavab olaraq Bakı MetropoliteniQSCnin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, bununla bağlı hər hansı qərar yoxdur:

“Elmlər Akademiyası ləğv edilməyib. Yəni bu məsələ hazırda aktual deyil. Məsələ aktuallaşanda, artıq bu iş Nazirlər Kabinetinin səlahiyyətində olacaq. Çünki adların verilməsi məhz Nazirlər Kabinetinin qərarı ilə ola bilər”,- deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, “Elmlər Akademiyası” metrostansiyası metronun yeddi dərində yerləşən stansiyalarından biridir. 2015-ci il dekabrın 28-də stansiyanın 2-ci çıxışı istifadəyə verilib. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına, ikinci çıxış Mətbuat prospektinə, digər iki çıxış isə Bəxtiyar Vahabzadə küçəsinə çıxır. Stansiyaya daxil olan qatarlarda “Tələbə” mahnısından fraqment səslənir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin