fbpx

Elşən Xəzərin həbs xəbəri yayıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Keçmiş meyxanaçı Elşən Xəzərin İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı xəbəri yayılıb.

Metbuat.az bildirir ki, “Globalinfo.az” Elşən Xəzərin özü ilə əlaqə saxlayıb. Elşən Xəzər saytımıza açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır”, – deyə o bildirib.

Rüya tabirlerini burdan oku

Keçmiş meyxanaçı bu xəbərdən çox məyus olduğunu vurğulayıb:

“Anamın sağlamlığında problem var və 2 gündür başım anama qarışıb. İndi də belə məyusedici xəbər eşidirəm. Mənim heç kimə pisliyim toxunmayıb. Bu vaxta kimi heç kimin qəlbini qırmamışam, amma nədənsə hər dəfə adıma həqiqətə uyğun olmayan sözlər yayırlar. Səbəbini özüm də bilmirəm. Deməyə söz tapa bilmirəm. Bir onu deyə bilərəm ki, mənim İranla heç bir əlaqəm yoxdur”.

***

18:07

Mediada meyxanaçı Elşən Xəzərin saxlanılması xəbəri yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

İddia edilir ki, meyxanaçı İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elşən #Xəzərin #həbs #xəbəri #yayıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu