Əməkdar artist məscid tikdirdi
Əməkdar artist Yusif Mustafayev Cəlilabad rayonunda məscid tikdirib.
BEY.AZ xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Zülfiyyə İbadova qonaq oluduğu “Qonaqcanlı” verilişində məlumat verib.
“Yusif bəy tək özü üçün yox, eyni zamanda elimiz-obamız üçün də çalışır. O indi yanımdadır deyə demirəm. Yusif bəy xeyirxah işlərlə məşğul olur. O, Cəlilabadda gözəl məscid tikdirib”, – aşıq Zülfiyyə bildirib.
Həmkarının bu sözlərinə cavab olaraq Y.Mustafayev kəndlərinə su, işıq çəkdirdiyini və yollarını təmir etdirdiyini söyləyib:
“Uşaqlıqdan zirək olmuşam. Arzularım çox idi… Allah məni arzularıma çatdırdı. Kəndimizə 16 dənə bulaq çəkdirmişəm. Oradan suyu götürənlər deyirlər ki, “Allah Yusifin köməyi olsun”. Kəndi işıqlandırmışam. Axşam olan kimi bütün kənd işığa qərq olur. Mən bununla yaşayıram. Bundan savayı rahat gedib-gəlmək üçün kəndimizə asfalt da çəkdirmişəm. Qazancımı Allah yoluna verirəm. Belə də etmək lazımdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.