fbpx

Əməllərini “TikTok”da paylaşdılar, 500 manat cərimələndilər

Rüya Yorumları burda


DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları toy karvanında avtoxuliqanlıq əməli törədərək sosial şəbəkədə yayımlayan sürücülər barədə qanuna müvafiq tədbirlər görüb.

BEY.AZ xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.

Belə ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər.

Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.

“Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, məlumatda deyilir.



Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu