fbpx

Əmanət və depozitlərin dollarlaşma səviyyəsi azalıb



2024-cü ilin I yarısında xarici valyutada əmanət və depozitlərin həcmi 9.9 mlrd. manat ekvivalentində olub və onun cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 33.7% təşkil edib.

BEY.AZ Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, xarici valyutada olan depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.1 faiz bəndi azalıb.

Qeyd edək ki, hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı dövrün sonuna 42.6% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz bəndi aşağıdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma müşahidə olunmuş və ötən ilin I yarısına nisbətən 2.7 faiz bəndi azalaraq 33.9% təşkil edib. Dövr ərzində qeyri-rezident fiziki şəxslərin əmanətləri çıxılmaqla ev təsərrüfatlarının əmanətlərinin dollarlaşması 2 faiz bəndi azalaraq dövrün sonuna 30.3%-ə enib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin