Emreli “Legiya” ilə müqaviləsini pozaraq bu kluba KEÇDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçib.
Metbuat.az xəbər verir ki, o, yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb.
Emreli “Dinamo”da 11 nömrəli formanı geyinəcək.
Polşa “Legiya”sınə gəlincə, klub futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.
“Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm”.
Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasına keçidi barədə danışarkən qeyd edib ki, “Dinamo” bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir:
“Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.