Ən sadiq dörd bürc – Onlara güvənə bilərsiniz
Astroloqlar bəzi bürclərin sədaqətə daha çox meylli olduğunu bildirib. Onların sözlərinə görə, dörd bürc var ki, onlar həm sevgidə, həm də dostluqda heç vaxt qarşı tərəfə xəyanət etmirlər.
BEY.AZ lent.az-a istinadən həmin bürcləri təqdim edir:
Buğa
Bu bürcün kişiləri güclü, etibarlı münasibətlər üçün lazım olan bütün keyfiyyətlərə malikdirlər. Onlar tamamilə münaqişəsizdirlər, səbrləri həqiqətən sonsuzdur. Həmişə öz prinsiplərinə və inanclarına əməl edərək, heç vaxt başqa macəralara razı olmurlar. Xəyanət və aldatma onlar üçün düşünmək belə istəmədikləri ən iyrənc şeylərdir.
Tərəzi
Bu bürcün nümayəndələri səmimi və sədaqətlə sevirlər. Aldatmaq hissi onlara aid deyil.
Yalan, xəyanət Tərəziləri həmişə narahat edir. İkincisi, Tərəzilər yalnız onlara tamamilə hər şeyi verən və bunu qarşılıq göstərmədən edən insanlarla münasibət qururlar.
Balıqlar
Bu bürcün nümayəndələri partnyorlarına çox sadiqdirlər. Balıq bürcü kişilərinin istədikləri tək şey birini seçərək, başqa qadınları tamamilə həyatlarından çıxarmaqdır. Onlar sədaqətlərini itaətlə sübut edirlər. Onlar hətta öz həyatlarının idarəsini asanlıqla başqalarına təhvil verirlər.
Qız
Qız bürcləri hisslərini ifadə etmək barədə xəsisdirlər. Ancaq onların səmimiyyətinə və sədaqətinə heç bir şübhə yoxdur. Praktik, rasional xarakterə malik olan Qız bürcü kişiləri sadəcə olaraq israfçı, qeyri-ciddi münasibətlərə yol vermirlər.
Onlar bütün duyğularını və bütün sevgilərini yalnız bir qadında cəmləşdirirlər. Onlar ilk növbədə etibarlı partnyor, dost, müttəfiq seçməyə xüsusi diqqət edirlər.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |