Ən sevilməyən dörd bürc – Hamı onlardan uzaq durur
Astrologiya və xarakter xüsusiyyətləri arasındakı əlaqə həmişə insanların marağını çəkib. Bürclərin insan xarakterinə təsiri barədə müxtəlif fikirlər mövcuddur. Hər bürcün güclü və zəif tərəfləri olduğu düşünülür. Lakin bəzi bürclərin cəmiyyət tərəfindən daha az populyar olduğu məlumdur. İnsanların bürclərə baxaraq antipatiya bəsləməsi doğru deyil, amma bəzi bürclərin xüsusiyyətləri hər kəs üçün xoş olmaya bilir. Bir çoxları onlardan uzaq durmaq istəyirlər.
BEY.AZ astrologiyaya görə, ən az sevilən bürcləri və onların xüsusiyyətlərini təqdim edir.
Əkizlər bürcü bu siyahının başında gəlir. Onlar hər şeyi planlı şəkildə edən və bəzən insanları öz məqsədləri üçün istifadə etməyi sevən bir xarakterə sahibdirlər. Tez əsəbiləşir və gərginlik yarada bilirlər. Danışqan və əyləncəli olsalar da, manipulyasiya etmə qabiliyyətləri güclüdür. Lakin onların çox vaxt etibarsız və ikiüzlü olduğu barədə düşüncələr həmişə həqiqəti əks etdirmir.
Əqrəb bürcü insanları duyğularını açıq şəkildə bildirməməsi ilə tanınır. Onlar səssiz və soyuqqanlı xarakterləri ilə diqqət çəkirlər. İş həyatında və sosial mühitlərdə hirsli, aqressiv və qisasçı ola bilərlər. Sevgi münasibətlərində isə qısqanc və sahibkar bir xarakterləri var, bu da onları daha da mürəkkəb edir.
Tərəzi bürcü digər insanların həyatına müdaxilə etməyi sevən bir xarakterə sahibdir. Onlar başqalarının işlərinə qarışdıqlarını anlamadan bunu yaxşılıq hesab edirlər. Bu xüsusiyyətləri isə ətrafdakı insanları narahat edir. Qısqanc və sahibkar olan tərəzilərin bir şeyi istəməsələr belə, başqalarının əldə etməməsi üçün ona maraq göstərdikləri də olur.
Şir bürcü özünü başqalarından üstün görərək insanları aşağılayıcı davranışlar sərgiləyə bilər. Onlar səhvlərindən heç vaxt peşman olmaz və yalan söyləməkdə çox soyuqqanlı ola bilərlər. Özlərinə olan güvən və üstünlük kompleksi onları cəmiyyətdə bəzən təcrid edir.
Zaur Əliyev
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |