fbpx

Ən sürətli sualtı qayıq Sovet istehsalı imiş

Rüya Yorumları burda


50 il öncə istehsal olunan, saatda 82,8 kilometrə (44,7 knot) çatan Sovet K-222 sualtı qayığı indiyə qədər dünyada istehsal edilmiş ən sürətli sualtı qayıq rekorduna sahibdir.

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, başlanğıcda K-162 kimi tanınan K-222 1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və ölkənin Nazirlər Kabinetinin əmri ilə yüksək sürətli sualtı qayığı dizayn etmə səyləri nəticəsində inkişaf etdirildi. 1960-cı illərdə Severodvinsk liman şəhərində inşasına başlanıldı, 1969-cu ildə Proyekt 661 olaraq adlandırılan bu sualtı qayığı istifadəyə verildi.

Nüvə silahlı və nüvə enerjisi ilə təchiz olunan sualtı qayığının uzunluğu 106 metr idi. Titanium gövdəyə malik ilk sualtı qayıqlardan biri hesab olunur. Onun əsas üstünlüyü sürəti idi. 1969-cu ildə sınaqdan keçirilərkən nəzərdə tutulan 38 knot yerinə 42 knot sürətə çataraq daha da sürətli olduğunu sübut etdi. 1971-ci ildəki sınaq zamanı tam reaktor gücündə 44,7 knot sürətə çatdı və bu günə qədər aşılmayan sualtı qayıq sürət rekordu qırdı.

Müqayisə üçün desək, ABŞ-nin hazırladığı ən sürətli sualtı qayıqlardan biri olan “Seawolf” saatda 35 knot və ya 64 kilometr sürətə çata bilirdi. Bu da K-222-nin Soyuq Müharibə dövründə ABŞ və digər NATO qüvvələri üçün ciddi meydan oxuma idi.

Ancaq Sovet istehsalı bu qayıq böyük gücü ilə istifadəni də çətinləşdirirdi. Yüksək sürətlər qayığın konstruksiyasına həddindən artıq stress yaradırdı. Sistemin idarə olunması da çox mürəkkəb olması ilə yanaşı, baha başa gəlirdi. Hətta bəzi məlumatlara görə, qayığın idarəetmə otağındakı səs səviyyəsi 100 desibelə çatırdı.

Rüya tabirlerini burdan oku

1980-ci ilin sentyabr ayında nüvə reaktorunun təmiri zamanı qəza baş verdi, reaktor nüvəsini zədələndi. Bu, layihənin sonunu gətirdi. 1988-ci ildə sualtı qayığ xidmətdən kənarlaşdırıldı.

K-222 ilə yaşanan çətinliklər nəzərə alsaq, yaxın zamanda başqa sualtı qayığın bu rekordu qırması çətin görünür.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu