fbpx

Ən tez bu bürclər evlənir

Rüya Yorumları burda

Bəzi bürclər evliliyə və isti yuva qurnağa daha çox can atırlar.

BEY.AZ bürclərin evliliyə olan münasibətini təqdim edir:

Qoç bürcü və evlilik – Həyatınızı inanılmaz dərəcədə dəyişdirib şənləndirə bilər. Əgər bu bürcdən olan biri ilə münasibətdəsinizsə, hər an hər şeyə hazır olmalısınız. Monoton bir münasibət gözləməklə böyük səhvə yol verirsiniz. Kişilərin çoxu qoç bürcünün qadınlarını əldə edə bilmir. Bu bürcün qadınları qürur və güc axtarırlar, eyni zamanda qarşı tərəfin itaət etməsini gözləyirlər. Çünki kiminsə onların üzərində hakimiyyət qurmağa çalışmasını xoşlamırlar. Qoç qadınları ilə evlənən kişilərin həyatı çox rəngarəng olur.

Buğa bürcü və evlilik – Buğa bürcünün qadınları və kişiləri adətən təmtəraqlı toyları xoşlayırlar. Hətta övladlarının toylarını təmtəraqlı keçirməyə çalışırlar. Evlilik buğa bürcləri üçün çətin verilən qərardır. Hər şeydən əvvəl münasibətinin sağlam olmasından əmin olmalıdır. Həyatının ən çətin qərarını verdikdən sonra plan quraraq hər şeyi detallarına qədər reallaşdırmağa tələsərlər. Xəyallarını nağıllardakı kimi dəbdəbəli toylar bəzəyir. Buğa bürcünün kişiləri seçdiyi xanımı daim qoruyur. Əgər sadiq və etibarlı buğa bürcündən olan bir kişi ilə evlənsəniz, bütün ehtiyaclarınızı ödəyəcəyindən əmin ola bilərsiniz. Buğaqadını üçün iş ön planda dayanır və karyerası daha çox əhəmiyyət kəsb edir. İstədikləri pilləyə qalxandan sonra ailə qurmaq sevdasına düşürlər. Əslində, sevgi dolu insanlardır. Uşaq sahibi olduqdan sonra onları hər şeylə təmin etmək üçün əllərindən gələni edirlər.

Rüya tabirlerini burdan oku

Əkizlər bürcü və evlilik – Hər cür mühitə asanlıqla öyərəşən yaxşı həyat yoldaşıdır. Ehtiyaclarını ödəyən və onunla eyni həyat tərzini paylaşan bir həyat yoldaşı ilə xoşbəxt olurlar. Əkizlər bürcü ilə sakit həyat sürmək çətin məslədir. Bu bürclə evlənməzdən əvvəl bir neçə il tanışlığın faydası var. Bu, onların özlərini hazır hiss etmələri baxımdan çox önəmlidir. Beləcə həyatının məhəbbətini bir neçə il tanımaq şansı qazanar, uzun müddət necə davranmalı olduğu haqqında təcrübə toplayar. Əkizlər bürcündən olan bir qadınla evlənsəniz, bacarıqlı və zəhmətkeş bir həyat yoldaşınız olar. Əkizlər bürcünün qadınları üçün başlanğıcda hər şey çətin olsa da, öyrəşdikdən sonra yaxşı həyat yoldaşı olurlar. Əkizlər şən və zövqlü insanlar sırasına daxildir.

Xərçəng bürcü və evlilik – Xərçəng bürcü çox ailəcanlıdır. Normal münasibət və ailə həsrəti çəkərlər. Ailə onlar üçün dünyanın ən müqəddəs mövhumudur. Buna görə də ailəsinə dəyər verər və qoruyarlar. Əgər evlilik həyatında problem olarsa, onu inadla həll etməyə çalışarlar.

Şir bürcü – Şir bücü hər şeyə nəzarət edir. Bəzi insanlar üçün bunun heç bir qorxusu olmaya bilər. Amma müstəqilliyə öyrəşmiş və avtoritar insanlara bu cür davranışlar ciddi şəkildə mane olur, problem yaradır. Əslində, şir bürcünün suvereliyini qəbul etmədən ayaqda dayana bilən insan onun üçün daha faydalı olacaq. Vəziyyət nə olursa-olsun onun evlilik həyatının əyləncəli və romantik keçəcəyindən əmin ola bilərsiniz. Şir bürclərinin qadınları dəlicəsinə sevilmək arzusundadır. Laqeydlik hiss edərsə, bu onun üçün ağır dərd olar. Həyat yoldaşına iş həyatı da daxil olmaqla hər sahədə dəstək olur.

Qız bürcü və evlilik – Qız bürcləri evlilik həyatında müəyyən bir nizam olmasını istəyirlər. Maddiyyət onlar üçün çox önəmlidir. Evlənməzdən əvvəl kommunal xərclərinin vaxtlı-vaxtında ödəyə biləcəyindən əmin olmaq istəyərlər. Arzuladığı həyatı yaşaya biləcək qədər pulu olmalıdır. Həm kişiləri, həm də qadınları bir-birini tənqid etməyə, səs-küy salmağa meyli insanlardır. Bu isə qarşı tərəfin özünə olan etibarını qırır və çox neqativ haldır. Qız bürclərinin kişiləri problem olduğu zaman canla-başla həll etməyə çalışırlar. Qız bürcünün nümayəndələri təşkilatçılıq qabiliyyəti yüksək, güclü və bacarıqlı insanlardır.

Tərəzi bürcü – Qərarsız tərəzilərin evliliyə qərar verməsi asan məsələ deyil. Münasibətlərinin möhkəmləndiyini hiss etdikdən sonra asan qərar verə bilirlər. Özlərini etibarlı əllərdə hiss etməzlərsə, eşqinizin saf və dürüst olduğunu sübut etmək lazım ola bilər. Bəzən mənasız yerə mübahisə salar və sevginizi sınaqdan keçirmək istəyərlər. Amma bir dəfə inanarlarsa, xoşbəxt olmaq üçün əllərindən gələni edərlər. Tərəzi bürcü və qadını aşiq olduğu zaman özlərini tamamilə qarşı tərəfə həsr edirlər.

Əqrəb bürcü və evlilik – Bir çoxu öz bağçasında sərbəst şəkildə dolaşmaq istəyər. Seksual uyğunluq onun üçün çox önəmlidir. Onun barmağına bir dəfə evlilik halqası taxa bilsəniz, işlər tamamilə dəyişər. Əqrəblərin əksəriyyəti ailə qurduqdan sonra atdığı hər addıma fikir verir, yüz ölçür-bir biçir, hər bir halda həyat yoldaşına arxa-dayaq olarlar. Sevdiyi insanın sevgisindən şübhələnərsə, inanılmaz dərəcədə qısqanc olarlar. Həyat yoldaşının ömür boyu yanında olub sakit həyat bəxş etməsini arzulayarlar. Əqrəb bürcləri ailəsini qorumaq üçün çox zəhmət çəkər və illər ötdükcə bu əlaqə daha da güclənər.

Oxatan bürcü – Oxatan bürcləri üçün evlilik duyğusal macəra və yeni bir kəşfdir. Bu həyəcan bitdiyi andan etibarən problemlərə səbəb olur. Sədaqətli bürclər deyillər. Hər işi birlikdə görməkdən çox, həyat yoldaşını sevmədiyi işləri görməyə məcbur edirlər. Bu isə əksər hallarda qısqanclıq böhranı ilə nəticələnir. Oxatan bürcünün qadınları övlad sahibi olmağı çox istərlər. Həyat yoldaşına bağlı olmağı xoşlamırlar, güzəştə getməyi bacarmırlar. Oxatan kişiləri isə arzuladığı qadını tapdığı halda işə nikahla son qoyarlar.

Oğlaq bürcü və evlilik – Oğlaq bürcləri üçün nikah masasına oturmaq asan deyil. Hər şeyin qaydasında olmasını gözləyər, səbr edərlər. Sevdiyi insanın evliliklə bağlı hər detala əhəmiyyət verməsini istəyərlər. Evlilik onlar üçün ölənədək davam edən birliyin başlanğıcıdır. Maddi mövzulara çox diqqət edərlər. Şəxsi həyatı və işi arasında tarazlıq quraraq ailəsinə də vaxt ayırmağa çalışırlar.

Dolça bürcü və evlilik – Qorxularından, şübhələrindən xilas olduğu anda evlənməyə qərar verirlər. Dolça bürcləri sadiq və əzmli olurlar. Həyat yoldaşına sərbəstlik və müstəqillik verirlər, eyni zamanda mehriban olmağa çalışırlar. Əgər bu haqlar onların əllərindən alınarsa, özlərini müstəqil şəxsiyyət hiss etməsələr, ailədə münaqişə çıxa bilər. Özlərini güvəndə hiss etmək istəyərlər və bunu ancaq yaxşı həyat yoldaşı hiss etdirə bilər. Evliliklərində dəyişiklik axtarar və yeni maraq dairələri tapmağa davam edərlər. Əgər sosial həyatları zədələnərsə, problem yarana bilər. Çünki dolçalar vaxtını ancaq bir insana həsr etməyi xoşlamırlar.

Balıq bürcü və evlilik – Balıqlar röyalarını reallaşdırmaq istəyən adamlardandır. Balıq bürcləri üçün bal ayı bitməz. Romantik evlilik həyatları olar. Bəzi balıqlar isə evləndiklərindən bir müddət sonra ilk günlər üçün darıxarlar. Həqiqətlər bomba kimi yağmağa başlayar. Balıq qadınları həyat yoldaşlarının ehtiyaclarına önəm verir. Şəfqətli və fədakar ana olurlar. Ailəsi ilə birlikdə vaxt keçirməkdən inanılmaz dərəcədə zövq alırlar. Balıq bürcündən olan kişilər isə həyat yoldaşına və uşaqlarına qarşı çox həssasdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu