fbpx

Energetika Nazirliyi “ACWA Power” şirkəti ilə yeni əməkdaşlıq sənədləri imzaladı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Energetika Nazirliyi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə ümumi gücü 2,5 QVt olan külək enerjisi və enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb.

Metbuat.az xəbər verir ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi, quruda 1 QVt külək stansiyasının yaradılmasına dair Anlaşma Memorandumu və “Azərbaycanda enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

“Bu gündən “ACWA Power” şirkəti ilə tərəfdaşlığımız ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələrlə genişlənir. Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizaçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələrdir. “ACWA Power” ilə birgə fəaliyyətimiz Xəzərdən Avropaya planlaşdırılan yaşıl enerji dəhlizi üçün yeni gücləri təmin etməklə bərabər, karbon emissiyalarının azaldılması, enerji keçidinin sürətləndirilməsi üçün də əhəmiyyətlidir”, – energetika naziri Pərviz Şahbazov deyib.

“ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan bildirib ki, Azərbaycan müdrik və uzaqgörən rəhbərlik altında daha təmiz, daha davamlı gələcəyə doğru irəlilləyir: “Biz “ACWA Power” şirkəti olaraq azərbaycanlı tərəfdaşlarımızla olan münasibətlərimizi yüksək qiymətləndiririk və bu gün yeni sazişlərin imzalanması ilə ölkənin enerji transformasiyasının sürətləndirilməsində rolumuzu genişləndirməkdən məmnunuq”

Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası üzrə əməkdaşlıq edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Energetika #Nazirliyi #ACWA #Power #şirkəti #ilə #yeni #əməkdaşlıq #sənədləri #imzaladı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin