fbpx

Energetika Nazirliyi bu il 2 minə yaxın müraciət qəbul edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin I yarısında Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 964 zəng qəbul edilib.

Metbuat.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olan zənglərin 1 523-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 165-i sayğaclaşma, 90-ı təşəkkür xarakterli, 186-ı isə digər məsələlərlə bağlı olub. Qaz təchizatı üzrə zənglərdən 5-ni qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı Mərkəzi, minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu