fbpx

Energetika Nazirliyi enerji resurslarından səmərəli istifadəyə nəzarət edəcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

Metbuat.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Qayda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna əsasən hazırlanıb, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin (bundan sonra – nəzarət) həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

Nəzarətin məqsədi Qanunun və müvafiq sahə üzrə digər normativ hüquqi aktların tələblərinə əməl olunmasını, pozuntuların qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını, habelə dövlət başçısının 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməkdən ibarətdir.

Rüya tabirlerini burdan oku

Nəzarəti Energetika Nazirliyi həyata keçirir.

Nəzarət enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması, satışı və istehlakı üzrə nəzarət istiqamətlərinin şamil edildiyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərinə və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə (idarəçilərinə) münasibətdə həyata keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Energetika #Nazirliyi #enerji #resurslarından #səmərəli #istifadəyə #nəzarət #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu