Energetika sahəsində dövlət siyasətinin əsas prinsipləri müəyyən edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda energetika sahəsində dövlət siyasətinin 6 əsas prinsipi olacaq.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Energetika haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin prinsiplər aşağıdakılardır:
– energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması;
– energetika sahəsində ayrı-seçkiliyin yolverilməzliyi;
– energetika sahəsində fəaliyyətin və tənzimlənmənin şəffaflığı;
– bu Qanunla müəyyən edilmiş hallarda energetika sahəsində fəaliyyət növlərinin ayrılması;
– enerji istehlakçılarının hüquqlarının müdafiəsi;
– energetika sahəsində dayanıqlı inkişafın təmin edilməsi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Energetika #sahəsində #dövlət #siyasətinin #əsas #prinsipləri #müəyyən #edilir