Ərəblərdən fantastik həmlə – Yenidən bir araya gəlirlər
Səudiyyə Ərəbistanı Pro Liqasının rəsmiləri Kristiano Ronaldo və Lionel Messini yenidən eyni liqada bir araya gətirmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmiləri MLS mövsümü bitdikdən sonra Messini icarəyə götürmək istəyirlər. “Sky Sports”dan Rudy Galettinin xəbərinə görə, “İnter Mayami” liqanın pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Bu isə o deməkdir ki, Lionel Messi iki həftədən sonra fevralın sonuna kimi məzuniyyətdə olacaq. Ərəblərin Messi üçün fantastik təklif irəli sürdüyü deyilir.
Qeyd edək ki, “Barselona”nın da onu icarəyə götürmək istədiyi deyilir.