fbpx

Ərdoğan Gülənin ölümündən danışdı



“Millətin övladlarına xeyriyyəçilik adı ilə manipulyasiya edənlərin sonu iblislər kimi şərəfsiz ölüm oldu. O, şəhidlərin qanının hesabını vermədən dünyadan getdi”.

BEY.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Baş xainin ölümüylə şəhid ailələrinin ürəyi bir az da soyuyar. Türkiyəyə xəyanət edənlərin sonu görünür. Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cuları qarabaqara izləyəcək”, – Ərdoğan deyib.

Qeyd edək ki, FETÖ lideri Fətullah Gülən ABŞ-də müalicə aldığı xəstəxanada ölüb.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin