fbpx

Ərdoğan HƏMAS lideri ilə danışdı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə telefon danışığı aparıb.

BEY.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin humanitar yardımın Qəzzaya çatması və lazım gəldikdə yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərdiyini, bölgədə atəşkəsin ən qısa zamanda təmin olunması istiqamətində çalışdığını bildirib.

Ölkə başçısı, həmçinin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin probleminin qalıcı həllinin mümkün olmadığını, Türkiyənin daimi sülh üçün beynəlxalq arenada mübarizəyə davam edəcəyini vurğulayıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ərdoğan #HƏMAS #lideri #ilə #danışdı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin