Ərdoğan Kazan səfərini yarımçıq qoyur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq.
BEY.AZ xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb. Prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub. 22 nəfər yaralanıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |