Ərdoğan Təhlükəsizlik Şurası ilə Qarabağı müzakirə edəcək
Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iclas keçirəcək.
Metbuat.az TRT-yə istinadən xəbər verir ki, toplantıda milli təhlükəsizlik məsələləri müzakirə olunacaq.
İclas zamanı Azərbaycanın antiterror tədbirləri də müzakirə olunacaq. Prezident Ərdoğanın ABŞ-da BMT Baş Assambleyasının 78-ci iclasından sonra keçiriləcək toplantıda Azərbaycanın Qarabağda uğurla başa vurduğu antiterror tədbirlərinin və regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.