Ərdoğan üç ölkə liderlərinin görüşünü təklif edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Biz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik.
Metbuat.az “Apa”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasına getməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, regionla bağlı vəziyyətin müzakirə olunmasında bu regiondan uzaq olan dövlət və hökumət başçılarının deyil, regionda olanların müzakirə etməsi vacibdir.
“Biz Rusiya Prezidenti Vladimir Putinin, Azərbaycan Prezidenti İlham Əliyevin, mənim və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördlü formatda görüşün keçirilməsini təklif etmişik ki, addımı ona görə ataq. Hələ bizə bu təkliflə bağlı münasibət bildirilməyib. Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə də danışacağıq. Vəziyyəti yaxında izləyəcəyik”, Ərdoğan deyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #üç #ölkə #liderlərinin #görüşünü #təklif #edib