Ərdoğanın İsrailə səfəri ləğv edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfərini ləğv edib.
BEY.AZ TRT Haber-ə istinadən xəbər verir ki, bunu Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.
Prezident buna səbəb kimi oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsini göstərib.
Ərdoğan qeyd edib ki, İsrail Qəzzanın bombalanmasını dayandırmalı, Misirlə sərhəddə humanitar qapını açıq tutmalı və əsirlərin buraxılması üçün danışıqlar sürətlənməlidir.