fbpx

Əri tərəfindən bıçaqlanan qadının son durumu AÇIQLANDI

Rüya Yorumları burda


Xəbər verdiyimiz kimi, Xırdalanda ailə-məişət zəminində dava zamanı 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı bıçaqlanıb. Şübhəli kimi həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

BEY.AZ-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, qadının vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir:

“1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) bədənin daxilə nüfuz edən çoxsaylı cırılmış, deşilmiş yaraları, bağırsağın çoxsaylı zədələri diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib. Xəstəyə zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsində yerləşdirilib”.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu