Ermənistan DİN Qarabağdan gələn erməni sakinləri silahları təhvil verməyə çağırıb
Ermənistanın Daxili İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindən bu ölkəyə getmiş erməni sakinləri özləri ilə gətirdikləri odlu silahları təslim etməyə çağırıb.
BEY.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, daxili işlər naziri Vahe Qazaryan bildirib ki, Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və sursat daşınıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları mütəmadi olaraq vətəndaşlarla izahat işləri aparır, onları silahlarını könüllü təhvil verməyə çağırır.