Ermənistan Fələstinin müstəqilliyini tanıdı
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb.
BEY.AZ “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudilər və fələstinlilər arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, – məlumatda qeyd olunub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |