Ermənistan Hindistandan yeni hərbi məhsullar almağa çalışır
Ermənistan müdafiə tədarükü strategiyasını genişləndirir, Hindistandan daha geniş çeşiddə hərbi məhsullar, o cümlədən qabaqcıl PUA-lar və orta mənzilli raketləri almağa çalışır.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “Indian Defense Research Wing” portalı məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan artıq “Akash 1S” hava hücumundan müdafiə sistemini alıb, Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM orta mənzilli raketlərini, “Akash-NG” orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını müzakirə edir.
“Hindistan gələn il başlanılması gözlənilən “Akash 1S” sisteminin tədarükünə hələ başlamayıb. “Akash 1S” 30 km-ə qədər məsafədə təyyarələri vura bilən müasir hava hücumundan müdafiə sistemidir, havadan gələn təhlükələrdən etibarlı müdafiəni təmin edir. Ermənistan “Akash 1S”dən başqa daha iki raket əleyhinə müdafiə sisteminə maraq göstərib. Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM artıq istehsaldadır və effektivliyini sübut edib. “Akash” raketinin təkmilləşdirilmiş versiyası olan “Akash-NG” isə hələ də Hindistan Ordusu və Hərbi Hava Qüvvələrindən onun gəlişini 2-3 il gecikdirə biləcək əmrləri gözləyir”, – IDRW portalı qeyd edir.
IDRW mənbələrinin bildirdiyinə görə, “Akash 1S” sisteminin tədarükü başladıqdan sonra Ermənistan müdafiə tələblərini təmin etmək üçün “MR-SAM” və “Akash-NG” sisteminin hərtərəfli texniki qiymətləndirilməsini keçirməyi planlaşdırır.
“Bu qiymətləndirmələrə əsasən, “MR-SAM” və “Akash-NG” ilə bağlı qərar veriləcək”, IDRW portalı qeyd edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |