Ermənistanda kütləvi zəhərlənmə
Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.
BEY.AZ “Report”a istinadən xəbər verir ki, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.
Obyektin fəaliyyəti dayandırılıb.
Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |