Ermənistanın indiki vəziyyəti sülhə mane olur
Hazırda sülh müqaviləsi ilə bağlı danışıqlar gedir. Hətta ötən gün Vaşinqtonda keçirilən üçtərəfli görüşdə bu məsələ yenidən müzakirə olunub və gündəmə gətirilib.
Ümumiyyətlə, hazırkı dönəmdə sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır? Ermənistan konstitusiyasının dəyişdirilməsi mütləqdirmi?
Mövzu ilə bağlı BEY.AZ-a danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, sülh müqaviləsi mühüm sənəddir və bir neçə mərhələdən ibarətdir.
“Bu il ola bilsin ki, hansısa prinsiplərə uyğun çərçivə sazişi imzalandı. Amma bütün problemləri əhatə edən sülh müqaviləsinin imzalanması uzun proses olacaq. Bu uzun prosesin içərisinə Ermənistanın konstitutsiyasında dəyişikliklərin edilməsi də daxildir. Ermənistan Konstiutsiyanın dəyişdirilməsi isə Azərbaycan üçün çox vacib xarakter daşıyır”.
Müsahibimiz deyir ki, konstitusuyanın dəyişdirilməsi üçün Ermənistan referendum keçirməlidir. Amma Ermənistanın indiki daxili siyasi vəziyyəti bu prosesə başlamağa imkan vermir. Amma bu, o demək deyil ki, Rəsmi Bakı və İrəvan arasındakı danışıqlar dayanacaq və davam etməyəcək.
“Nə vaxtsa konsitutsiyanın dəyişmə prosesi də başlaya bilər. Bakı bunun üçün tələsmir. Biz başa düşürük ki, sülh müqaviləsi özü özlüyündə problemi həll etmir. Çünki sabah Paşinyan hansısa səbəbdən hakimiyyətdən getsə, onun yerinə gələcək qüvvəllər bu sülh müqaviləsini qəbul etməyə və hər şeyi yenidən başlada bilər. Ona görə də, Azərbaycan öz siyasətini belə formalaşdırır ki, Ermənistan müqaviləyə qol çəkirsə, biz də buna hazırıq. Qol çəkməyə hazır deyilsə, onsuzda biz praktiki sülh şəraitində yaşayırıq. Biz sakit formada öz işimizi davam edəcəyik, Ermənistan istəyirsə, bu prosesi sürətləndirə və razılığa gələ bilər”- A.İsazadə bildirdi.
Mədinə Zaur/Mətbuat.az
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |