Ermənistanla məsələlərin dialoq yolu ilə həllinə ümid edirik
Kreml Rusiya Federasiyası ilə Ermənistan arasında münasibətlərdəki mürəkkəb məsələlərin dialoq yolu ilə həll olunacağına ümid edir.
BEY.AZ reporta istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, tezliklə Rusiya və Ermənistan liderlərinin hər şeyi müzakirə etmək imkanı olacaq:
“Dialoqlar iş səviyyəsində baş verir ki, bu da çox vacibdir. Ermənistan Rusiyanın yaxın tərəfdaşıdır, müttəfiqidir, Rusiya Federasiyasının MDB, Aİİ və təbii ki, tarixi ikitərəfli münasibətlər kimi bir çox inteqrasiya formatlarında birləşdiyi ölkədir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.