fbpx

Erməniəsilli qadın sərhəd-buraxılış məntəqəmizdə təxribata əl atdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub. Buraxılış məntəqəsindən sərbəst gedişin təmin olunmasına baxmayaraq erməniəsilli qadınlardan biri üzərində qondarma rejimin “bayrağı” əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olaraq təxribata can atıb.

Metbuat.az xəbər verir ki, deputat Vüqar Bayramov bu məsələyə münasibət bildirərkən qeyd edib ki, Ermənistan hətta belə cılız təxribatlar ilə regiondakı düzəni pozmaq və sülh danışıqlarında maneələr yaratmağa çalışır:

“Bir tərəfdən, Azərbaycan öz suveren hüququları çərçivəsində maneəsiz keçidi təmin edir və yüklərin daşınması üçün yol təklif edir. Digər tərəfdən isə, Ermənistan təxribatı davam edir. Amma belə təxribatlar mövcud düzəni dəyişmək iqtidarında deyil.

Rüya tabirlerini burdan oku

Artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir. Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək. Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Son olaylar bir daha təsdiq etdi ki, bölgədəki istənilən anlaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Qafqaz yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə də qaydları Azərbaycan müəyyənləşdirir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməniəsilli #qadın #sərhədburaxılış #məntəqəmizdə #təxribata #əl #atdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu