fbpx

Erməni jurnalistlər Azərbaycana hansı qaydalar əsasında səfər edə bilərlər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Azərbaycan Xarici İşlər Nazirliyi və Mətbuat Şurası Ermənistan media nümayəndələrinin hansı qaydalar əsasında Azərbaycana səfər edə biləcəklərinə aydınlıq gətirib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid nazirlikdə keçirilən brifinqdə bildirib ki, Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz.

Onun sözlərinə görə, müxtəlif dövrlərdə Tbilisidə Azərbaycan və Ermənistan jurnalistlərinin görüşləri təşkil edilib.

Torpaqlarımız işğaldan azad ediləndən sonra artıq yeni şərait yarandığını söyləyən Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan qanunları çərçivəsində Azərbaycana gəlmək istəyən Ermənistan jurnalistləri üçün qapı açıqdır: “Ermənistan jurnalistləri Azərbaycana səfər etmək istəsələr, bu sahədə problem olmaz”.

Rüya tabirlerini burdan oku

XİN-in mətbuat katibi Ayxan Hacızadə isə deyib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməniəsilli jurnalistlər də olur: “Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Erməni #jurnalistlər #Azərbaycana #hansı #qaydalar #əsasında #səfər #edə #bilərlər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu