fbpx

“Erməni mülki əhali ilə problemimiz yoxdur, hədəf terrorçulardır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanın antiterror əməliyyatı ilə bağlı apardığı bütün işlər şəffaf həyata keçirildi. Bizim erməni mülki əhali ilə problemimiz yoxdur, hədəf terrorçudur, hərbi obyektlərdir və biz bundan kənara çıxmırıq”.

Bu açıqlamanı Metbuat.az-a millət vəkili Fazil Mustafa edib. Millət vəkili deyir ki, ya oradakı ermənilər terrorçuları tutub təhvil verməliydi, ya da biz bu məsələni bitirməliydik:

“Onların əlində heç bir bəhanə yoxdur. Qarabağda dinc yaşamaq əvəzinə gətirib mina quraşdırırlar, sonra da deyirlər ki, biz məzlum xalqıq, işiniz olmasın. Belə şey olmaz. Ya terrorçularınızı tutun təhvil verin, ya da biz bu işi həll edək. Nəticədə, həm sizin canınız, həm bizim canımız qurtarsın. Bununla da orada Azərbaycan dövlətinin konstitusion quruluşu təmin edərək Qafqaza sülhü gətirəcəyik. Məsələnin alternativi yoxdur. Azərbaycanın səbr kasası daşıb. Biz bu addımı məcburi olaraq atmağa başladıq. Terroru dayandıracaqları təqdirdə məsələ həllini tapacaq”.

Rüya tabirlerini burdan oku

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #mülki #əhali #ilə #problemimiz #yoxdur #hədəf #terrorçulardır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu