fbpx

“Erməni sakinlərin reinteqrasiyasında qərarlıyıq”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan erməni sakinlərin reinteqrasiyasında qərarlıdır”.

Metbuat.az xəbər verir ki, bunu aprelin 4-də xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Bik Lum ilə görüşündə deyib.

Nazir, həmçinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı dövrdə aparılan intensiv bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu işlər çərçivəsində artıq məcburi köçkünlərin Ağalı və Talış kəndlərinə qayıtmağa başladığını qeyd edib.

Bununla yanaşı, Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar diqqətə çatdırılıb. İşğal dövründə beynəlxalq təşkilatların missiyalarına imkan yaratmayan Ermənistan tərəfinin son zamanlar beynəlxalq təşkilatlardan öz məkrli niyyətləri üçün istifadə cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Erməni #sakinlərin #reinteqrasiyasında #qərarlıyıq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin