fbpx

Erməni vandalizminin hədəfi olan tarixi abidələr bərpa edilir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan 30 illik işğal dövründə Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti yeritməklə bərabər, Azərbaycan xalqının arxeoloji irsinə qarşı da mədəni soyqırımı siyasəti həyata keçirib. İşğal dövründə Qarabağ ərazisində ermənilər tərəfindən ən çox mənimsənilməyə və dəyişikliklərə məruz qalan memarlıq və arxeoloji irs isə alban xristian abidələridir. Onların üzərindəki alban xristian dininin rəmzləri və simvolları qriqoryan məzhəbinə, erməni mədəniyyətinə məxsus elementlərlə dəyişdirilib və saxtalaşdırılıb.

Mövzu barədə Metbuat.az-a açıqlama verən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirdi ki, mədəni irsin qorunması işinin kompleks şəkildə təşkil edilməsi məqsədilə abidələrin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi təmin edilib. Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətlərindən biri də daşınmaz tarix və mədəniyyət abidələrində bərpa-konservasiya işlərinin aparılması olduğunu bildirən müsahibimiz diqqətə çatdırdı ki, monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib.

Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, LaçınKəlbəcər rayonlarını əhatə edir. Həyata keçirilən monitorinqlər zamanı dövlət qeydiyyatına alınan 185 tarix-mədəniyyət abidəsinin ermənilər tərəfindən dağıntıya məruz qaldığı müəyyən edilib. Onlardan 51-i tamamilə məhv edilib, 134-ü isə dağıdılaraq qalıqları qalıb. Həmçinin aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi müəyyən edilib ki, bu müəssisələrin də demək olar ki, hamısı dağıdılıb.

Rüya tabirlerini burdan oku

“Bu araşdırmalar zamanı müəyyən edilib ki, onların əksəriyyəti ya məhv edilib, ya tarixi saxtalaşdırılıb, ya özünküləşdirilib, ya da erməni vandalizminin kəskin hücumuna məruz qalıblar. Hazırda bu abidələrin restavrasiya konversasiya işləri görülür. Təssüflər olsun ki, işğaldan azad edilən ərazilərdə Azərbaycanın tarixinə, islam dininə məxsus abidələr məhv edilib. Onların bəddi estetik görünüşünü dəyişmək mümkün olmadığından dağıdalaraq yararsız hala salınıb. Qafqaz Albaniyasına məxsus tikililər monastrların tarixi saxtalaşdırılaraq, erməniləşdirilib. İşğalçılar tərəfindən İslam dövrü arxeoloji və memarlıq abidələrinin müxtəlif saxtalaşdırmalarla digər xalqlarla əlaqələndirilərək xalqımızın mədəni irsinin özgələşdirilməsinə və son nəticədə özününküləşdirməyə cəhdlər göstərilib”.

Nuridə Allahyarova bildirdi ki, erməni vəhşiliyinin təcəssümünün bariz nümunəsi olaraq Kəlbəcər rayonu Vəngli kəndi ərazisində yerləşən 1216-1238- cı illərə məxsus “Gəncəsər monastrı”nı və həmin kəndə XIII əsr abidələri sırasında məşhur olan Xudavəng monastrını göstərmək olar. Belə ki, bu abidələr illərlə saxtalaşdırılaraq erməni mədəni irsinə məxsus abidə kimi dünyaya təqdim edilib.

“Xüsusilə qeyd etmək istəyirəm ki, Şuşa şəhərində “Gövhər ağa” məscidi ermənilər tərəfindən restavrasiya adı altında ciddi tarixi dəyişikliyə məruz qalıb. Burada islam dini motivləri olduğu üçün məscidi dünyaya xristian aləminə məxsus bir abidə kimi təqdim etmək mümkün olmasa da, bədii-estetik görünüşündə yer alan müəyyən ornamentləri dəyişdirməyə müvəffəq olublar. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, Göy məscidin isə memarlıq xüsusiyyətlərini tamamilə dəyişblər”.

Yuxarı Gövhər ağa məscidi — Vikipediya

Nuridə Allahyarova qeyd etdi ki, ölkə ərazisində olan bir sıra abidələrin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün sənədlər hazırlanıb. Beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunub. Səfər çərçivəsində ekspert qrupu Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Tərtər, Xocavənd, Kəlbəcər rayonlarında yerləşən erməni vandalizminə məruz qalmış daşınmaz tarix və mədəniyyət abidələrinə baxış keçirib və müvafiq məlumatlar toplanılıb.

“Hazırda “İşğaldan azad olunmuş şəhər və rayonlarda tarix-mədəniyyət abidələrinin qorunması və bərpası ilə əlaqədar “yol xəritəsi” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Şuşa, Ağdam və Füzuli rayonlarının Baş planı ilə bağlı müvafiq rəy də hazırlanıb aidiyyəti üzrə göndərilib. Eyni zamanda Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi ilə bağlı müzakirələr aparılıb və müvafiq sənədlər razılaşdırılması məqsədilə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Onu da qeyd edək ki, ümumilikdə hesabat dövründə 110 tarix-mədəniyyət abidəsinin pasportu və 72 abidənin mühafizə zonası təsdiq edilib. Hazırda daha 155 abidənin pasportu, abidələrin mühafizə zonaları üzrə isə 108 layihənin hazırlanması üzərində iş aparılır. Pasportu hazırlanan abidələrin 42-si və mühafizə zonası hazırlanan abidələrin isə 10-u işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri davam edir

“Ötən il aparılan bərpa restavrasiya işlərinə misal olaraq Şabran rayonunda yerləşən Çıraqqala abidəsini, həmçinin Qazax rayonunda Müəllimlər Seminariyasının binasının bərpasına başlanılmasını deyə bilərəm. Daha 10 abidədə bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq addımlar atılıb.

Bununla bərabər Prezident İlham Əliyev tərəfindən 22 oktyabr 2019-cu il tarixində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana uyğun olaraq, Bakı, Gəncə, Şabran, SalyanQəbələ regional idarələri fəaliyyətə başlayıb. Bu idarələrin yaradılması dövlət mühafizəsində olan tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətinin gücləndirilməsini, idarəçilikdə səmərəliliyin təmin edilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilini, tarix və mədəniyyət abidələrinin qorunmasında müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqini təmin etməkdədir”.

Bu sahədə kadr potensialını inkişaf etdirmək üçün 23 nəfər qazi və şəhid ailələrinin üzvü Dövlət Xidmətinin əməkdaşları sıralarına qoşulduğunu qeyd edən Nuridə Allahyarova onu da bildirdi ki, hazırda regional idarələrin maddi-texniki bazalarının formalaşdırılması istiqamətində işlər davam etdirilir.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu