Ermənilər daha bir təxribat cəhdindən əliboş qayıtdılar
BEY.AZ informasiya agentliyi xəbər verir
Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.
Metbuat.az xəbər verir ki, 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.
Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.
Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.
Qeyd edək ki, bundan öncə ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd etmişdilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.