fbpx

Ermənilər humanitar yardımı qəbul edəcəklər?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, bu gün Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar karvan Ağdam-Xankəndi yoluna gedəcək.

Metbuat.az-a danışan siyasətçi Akif Nağı bildirib ki, bu, Azərbaycan tərəfinin məntiqli addımıdır:

Əgər orada doğrudan da aclıq varsa, humanitar yardıma ehtiyac varsa, onda Azərbaycan bu yardımı Ağdam-Xankəndi yolu ilə göstərə bilər. Yox, əgər Ermənistanın siyasi oyunlarıdırsa, bu, başqa məsələdir. Azərbaycan hərəkəti ilə göstərir ki, bura bizim ərazimizdir, orada yaşayanlar da bizim vətəndaşlarımızdır.

Rüya tabirlerini burdan oku

Dünənki hadisələr göstərdi ki, idmançısı və ya başqa biri hansısa cinayət törədibsə, onlara qarşı Azərbaycan hüquq-mühafizə orqanları səviyyəsində ölçülər götürür. Kifayət qədər humanist ölçü götürülüb. Düzdür, Azərbaycan cəmiyyətində bu cəza bir az narazılıq doğurdu. Onlar əgər Azərbaycan bayrağını təhqir ediblərsə, onlara ən ağır cəza verilməlidir. Amma Azərbaycan rəhbərliyi hələlik bu şəkildə yumşaq, həm humanist mövqe tutur, həm də humanitar yardım göstərir”.

Onun sözlərinə görə, Fransanın Qarabağdakı ermənilərə humanitar yardım göndərmək məqsədi açıq-aşkar axmaqlıqdır:

“Kənardan kiminsə ora gəlməyinə, siyasi oyunlar həyata keçirməyinə ehtiyac yoxdur. Fransa orda özünü öldürür ki, 10 maşın da əlavə göndərirəm. Yəni bu, axmaqlıqdır. Ermənilərin 21 maşından ibarət konvoyu orada dayanıb. Təzədən maşın göndərmək deməkdir? Bu, açıq-aşkar axmaqlıqdır. Makron başda olmaqla Fransa rəhbərliyi, ağlını itirib. Azərbaycan deyir ki, buyurun ən qısa yolla və keyfiyyətli şəkildə keçin”.

Ermənilərin qərarına gəlincə, Akif Nağının sözlərinə görə, böyük ehtimalla onlar humanitar yardımı qəbul etməyəcəklər:

“Ermənilər hazırda toplantı keçirir, meydana yığışdılar, narazılıq edirlər, düşünürlər. Müxtəlif fikirli adamlar var, fikirlərhaçalanır. Bir hissə başa düşür ki, Azərbaycanın mövqeyini qəbul eləmək lazımdır. Başqa bir yol yoxdur. Kənardan idarə olunanlar da var. Belə proqnoz vermək olar ki, daxildə müəyyən bir məntiqlə düşünənlər yardımı qəbul edə bilərlər. Yox, əgər kənardan idarə olunanlar prosesə yenidən rəhbərlik edəcəklərsə, qəbul etməyəcəklər.

Amma çox maraqlıdır ki, bunlar deyib qəbul etməyəcəklər? Deyirsən aclıqdır Azərbaycan öz yardımını göstərir. Böyük ehtimalla qəbul etməyəcəklər. Amma Azərbaycan növbəti dəfə bir mənəvi üstünlüyünü göstərəcəkdir. Təşəbbüs yenə Azərbaycan tərəfində olacaq. Beynəlxalq təşkilatlar, Fransa, başqa dövlətlər desinlər görək nədir məqsədləri?

Azərbaycan yardımı göstərir, yol da var. Niyə Azərbaycanın yardımını qəbul etmək istəmirlər? Bax, bu mənada mən hesab edirəm ki, Azərbaycan bu sualın cavabını ermənilərdən, Ermənistan hakimiyyətindən, qondarma rejimdən almağa çalışacaq. İstənilən halda Azərbaycanın bu addımı ilə hesablaşmalı olacaqlar. İndi olmasa, bir müddətdən sonra razılaşmalı olacaqlar ki, yardım gəlirsə, onu qəbul etmək lazımdır”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənilər #humanitar #yardımı #qəbul #edəcəklər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu