Ermənilər Rusiya səfirliyinə daxil olmağa çalışırlar
BEY.AZ informasiya agentliyi xəbər verir
Yerevanda kütləvi aksiya davam edir. Aksiya iştirakçıları Rusiyanın Yerevandakı səfirliyinin qarşısına toplaşaraq səfirliyin inzibatı binasına daxil olmağa cəhd edirlər.
Metbuat.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları Rusiya səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb.
Bununla yanaşı, Yerevanda hökumət binasının qarşısında da kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları baş nazir N.Paşinyanın istefasını tələb edirlər. Hökumət binasına daxil olmağa cəhd edən aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı həm aksiyaçılar, həm də polis əməkdaşları xəsarət alıb.
Hazırda Yerevanda aksiyalar davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənilər #Rusiya #səfirliyinə #daxil #olmağa #çalışırlar