Ermənistan beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub
BEY.AZ informasiya agentliyi xəbər verir
Ballıqaya faciəsi ilə Ermənistan insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Ballıqaya faciəsi ilə bağlı “X”dəki paylaşımında qeyd olunub.
Bildirilib ki, 1992-ci il avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı qətliam törədilib:
“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarından biri olan Ballıqaya faciəsi zamanı bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar hədəfə alınmış, 6-sı azyaşlı olmaqla, 24 nəfər azərbaycanlı amansızlıqla qətlə yetirilib. Ermənistanın ölkəmizə qarşı soyqırımı siyasətinin bariz nümunələrindən biri olan bu cinayət əməli nəticəsində insan hüquqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələbləri kobud şəkildə pozulub”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #beynəlxalq #sənədlərin #tələblərini #kobud #şəkildə #pozub