fbpx

Ermənistan Brüssel görüşündə konstruktiv mövqe nümayiş etdirməlidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Belçikanın paytaxtı BrüsselAzərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Bunadək Brüsseldə üçtərəfli formatda görüş 2021-ci il dekabrın 14-də keçirilmişdi.

Görüşün detallarını Metbuat.az-a təhlil edən politoloq İlyas Hüseynov bildirdi ki, bu gün keçirilməsi planlaşdırılan görüş əsnasında Azərbaycan və Ermənistan liderləri Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində mühüm addımlar atacaqlar. Müsahibimiz söylədi ki, Ermənistan tərəfi də bu danışıqlarda konstruktiv mövqe nümayiş etdirməlidir.

 Ermənistanda millətçilik meyilləri qanqren kimi erməniləri daxildən aşındırır -

Rüya tabirlerini burdan oku

“Rəsmi Bakı Ermənistan tərəfinə 5 maddəlik baza prinsiplərini təqdim etmişdir. Bu baza prinsipləri, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, eyni zamanda sülh müqaviləsinin imzalanması ilə bağlı ilkin şərtlərdir. Bu xüsusda məhz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması da həyata keçirilə bilər. Məlumdur ki, Brüsseldə keçirilmiş görüş öncəsi Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında da görüşə hazırlıq həyata keçirilmişdir. Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşdə müzakirələrn ilkin detalları və konturları haqqında fikir mübadiləsi aparılmışdır. Belə ehtimal var ki, tərəflər arasında artıq predmet üzrə danışıqlar Brüsseldə keçiriləcək. Eyni zamanda, ötən ilin dekabr ayının 14 də Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan arasında keçirilmiş görüşdə müsbət siyasi nəticələr vermişdir və yeni görüşlər üçün bir fundamental zəmin formalaşdırılıb”.

İlyas Hüseynov vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədrlik institutu da Ermənistan tərəfindən dirçəldilməyə çalışılır. Lakin Avropa İttifaqı formatında keçirilən danışıqlar ATƏT-in Minsk qrupunun heç bir nəticə verməyən, faydaya hesablanmamış görüşlərindən fərqli olaraq müəyyən siyasi nəticələrə köklənir və bu nəticələr əsasında Cənubi Qafqazda təhlükəsizlik atmosferinin formalaşdırmaq mümkündür.

“Avropa İttifaqı Cənubi Qafqaza bu gün xüsusi diqqətlə yanaşır. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır və enerji sahəsində olan asılılıq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daha möhkəm əsaslarla qurulmasını ehtiva edir. Bu baxımdan Azərbaycan etibarlı enerji təchizatçısı kimi Avropa İttifaqının maraq dairəsindədir. Aropa İttifaqı enerji asılılığını Norveç, Əlcəzair, Qətər və Azərbaycan qazı hesabına təmin etməyə çalışır. Enerji sahəsində olan müzakirələr həm də sülh prosesinə təsir göstərir. Azərbaycan üçün sülh gündəliyi də öz aktuallığını qoruyur. Ümumiyyətlə beş baza prinsipinin qəbul olunması, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması sülh müqaviləsinə gətirə bilər. Eyni zamanda, Avropa İttifaqı formatında keçirilmiş görüşlər, müzakirələr Rusiya ilə keçirilən danışıqlar üçün alternativ formalaşdırır, rəqabət üçün əsaslar yaradır.

Politoloq onu da qeyd etdi ki, Azərbaycanın ötən dövr ərzində göstərdi ki, 10 noyabr Bəyanatının müddəalarını icra etməkdə maraqlıdır və bu istiqamətdə prinsipial iradə nümayiş etdirir.

“Məhz Brüsseldə keçirilmiş görüş gərginliyin aşağı salınması, diplomatik, siyasi müstəvidə məsələlərin kompleks həlli üçün yaxşı bir fürsətdir. Düşünürəm ki, Ermənistanda bu fürsətdən istifadə edərək məhz 10 noyabr Bəyanatının yerinə yetirilməmiş maddələrinin icrasında maraqlı olacaq”, – deyə İlyas Hüseynov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu