fbpx

Ermənistan dalana dirənib, çarə sülh müqaviləsi imzalamaqdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər sabah Brüsseldə keçiriləcək üçtərəfli görüşü müzakirə ediblər.

ABŞ dövlət katibi Entoni Blinkenin liderlərə telefon zəngini Metbuat.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanın Fərrux əməliyyatı və silahlı erməni birləşmələrinə qarşı hazırlıqları Avropa İttifaqı və ABŞ-ın iki ölkə arasında danışıqlar prosesinin başlanması üçün hərəkətə keçməsinə gətirib çıxarıb. Analitin deyir ki, görünür, ABŞ iki ölkə arasında vasitəçi missiyasını həyata keçirir və prosesi Avropa İttifaqı aparır.

“ABŞ dövlət katibinin zəngi iki ölkə arasında artıq sühün əldə olunmasına və Brüssel görüşünün nəticə ilə sonlanmasına hesablanıb. ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması və Qarabağda etnik ermənilər üçün gələn il maliyyə yardımını ayırmaması, məhz Yerevana qarşı təzyiq etmək üçün xarakterizə etmək olar. Ayrılan yardımlar separatizmin inkişafına və Ermənistanın təcavüzkar siyasətinin davamına gətirir. Bu da Rusiyanın geosiyasi maraqlarına xidmət edir. Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə etnik ermənilərə maliyyə yardımı Vaşinqtonun maraqlarına cavab vermir. Çünki buradakı separatçılar birbaşa Moskvanın təlimatı ilə hərəkət edirlər”.

Rüya tabirlerini burdan oku

Politoloq xatırlatdı ki, ABŞ-da artıq Rusiyanın regiondan çəkilməsi üçün Ermənistanla-Azərbaycan arasında sülhün əldə edilməsində maraqlıdır. Çünki yeni geosiyasi reallıqlar bunu labüd edir.

“Brüssel görüşü öncəsi Vladimir Putinin tərəflərə zəngi və ABŞ dövlət katibinin iki dəfə zəngi göstərir ki, hər iki tərəf proseslərdə maraqlıdır. Amma, Vaşinqtonun yanaşması real sülhə yaxındır. Məhz ona görə də görüşə bir gün qalmış Ermənistanı real danışıqları pozmamaq üçün zəng etdi. Əgər Ermənistan tərəfi növbəti dəfə prosesi pozarsa bu onun əleyhinə işləyəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu