fbpx

Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.

“Ancaq işğal dövründə abidə erməni vandalizminə məruz qalıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz təmir-bərpa işləri aparıb”, – məlumatda vurğulanıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ermənistan #işğal #zamanı #Gəncəsər #monastrında #qanunsuz #təmirbərpa #işləri #aparıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu