fbpx

Ermənistan ordusundakı özbaşınalığı əks etdirən görüntülər yayıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır.

Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq.

Lakin düşmən müharibədən sonra da bu, biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib.

Video görüntülər Azərbaycan Müdafiə Nazirliyinin məlumatını haqlı çıxarır.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, görüntülər Ermənistan ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlığı qeydə alınıb. Görüntülərdən erməni əsgərləri arasında mühabisənin düşdüyü görünür.

Əl-qol hərəkətləri ilə bir-birini itələyən iki əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərindən biri başını götürərək oradan uzaqlaşır.

Ermənistan ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistan #ordusundakı #özbaşınalığı #əks #etdirən #görüntülər #yayıldı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin