fbpx

Ermənistan prezidenti bu hərəkəti ilə biabır oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçası II Elizabetin “Westminster Hall”dakı cənazəsi qarşısında şəkil çəkdirib.

Metbuat.az xəbər verir ki, vida mərasimi zamanı media mənsublarından başqa heç kəsə foto və video çəkiliş həyata keçirməyə icazə verilmir. Lakin prezident bu qaydaları heçə sayıb və kəskin tənqid edilib.

Həmçinin Xaçaturyan kraliça ilə vida mərasimi zamanı köməkçiləri ilə yüksək səslə danışıb, gülərək zarafat da edib. Onun bu hərəkəti isə bir çox dünya mediasında yer alıb.

“The Sun” nəşri yazır ki, hadisəni görənlər Xaçaturyanın bir prezident kimi bu hərəkətinə görə özündən utanmalı olduğunu deyiblər.

Ermənistanın “Hraparak” nəşri də prezidentin bu hərəkətinin Ermənistan üçün utancverici olduğunu yazıb:

“Mümkün deyil ki, prezidentin Böyük Britaniya kraliçasının sonuncu vida mərasiminin təntənəli nüanslarını bilməsin. Yəqin ki, hakimiyyət və onun bu lideri belə murdar hərəkətə görə cavab verəcəklər. Böyük Britaniyadan xahiş edirik ki, bu dəhşətli hadisəyə anlayışla yanaşsınar. Xaçaturyan səhvən prezident vəzifəsinə gəlib”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin