fbpx

Ermənistan Ukrayna müharibəsinə “daxil oldu”

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan inventarında olan dörd “SU-30” tipli döyüş təyyarəsini erməni pilotlarla birlikdə Ukraynada istifadə olunması üçün Rusiyaya göndərib.

Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” süjet hazırlayıb.

Belə ki, Ermənistan həqiqətin ortaya çıxmasından sonra dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərin doğru olmadığını iddia edib. Ancaq texnologiya Paşinyanın iddiasını təkzib edib.

18 mart 2022-ci ildə çəkilmiş peyk görüntülərinin birincisində Ermənistandakı hava bazasında 4 “SU-30” tipli döyüş təyyarəsi görünüb.

Martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərə olub. Bu yeni görüntülərdə Rusiyaya göndərilən “SU-30” təyyarələri yoxdur. Onların olduğu yerdə “Miq-29” reaktivləri var.

“SU-30”lar “F-14” və “F-15” reaktivləri ilə rəqabət aparmaq üçün hazırlanıb. Ermənistan hərbi hava qüvvələrini gücləndirmək üçün 2019-cu ildə Rusiyadan 4 ədəd “SU-30” sifariş verib. Çatdırılma 2020-ci ilin may ayında edilib.

Ermənistan təyyarələri əvvəllər istifadə etmədən Rusiya ordusunun xidmətinə verib. Erməni pilotlarla Ukrayna müharibəsi üçün Rusiyaya reaktiv təyyarələr göndərilib.

Təyyarələr 23 mart 2022-ci ildə Rusiyaya göndərilib. Onların yola düşmə yeri İrəvandakı Erebuni hava limanı olub. Erməni pilotların istifadə etdiyi 4 “SU-30” döyüş təyyarəsi yerli vaxtla saat 12:50-də havaya qalxıb. Martunidən keçən təyyarələr saat 13:14-də son mənzilə – Rusiyaya çatıblar.

Peyk fotoşəkilləri də bu göndərişi sübut edib. Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını rus ordusunun sərəncamına verməklə, Ukraynaya hücumun ortağı və Rusiyanın başladığı müharibənin tərəfi olub. Ermənistan da Rusiya kimi, Qərbin sanksiyalarının hədəfinə çevrilmək riski altındadır.

Daha ətraflı süjetdə:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin