fbpx

Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ermənistan, Qazaxıstan və Mərkəzi Asiya ölkələrində yerləşir. Moskva bu problemi qonşuları ilə həm ikitərəfli əsasda, həm də KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) vasitəsilə müzakirə edir.

Metbuat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT Arabic” telekanalına müsahibəsində deyib.

“Ermənistanda, Qazaxıstanda və Mərkəzi Asiya ölkələrində belə laboratoriyalar var. Biz həmin ölkələrlə ikitərəfli əsasda və KTMT vasitəsilə bu problemləri nəzərdən keçiririk. Demək olar ki, bütün KTMT ölkələri və digər MDB ölkələri ilə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlanıb”, – Lavrov bildirib.

Rüya tabirlerini burdan oku

Rusiya XİN rəhbəri qeyd edib ki, şəffaflıq bu proqramların hərbi məqsədlər üçün istifadə edilməməsi baxımından vacibdir. Belə ki, bu, Bioloji və toksinli silahların qadağan edilməsi haqqında Konvensiya ilə qadağandır.

“Bu memorandumlar qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur. Bundan əlavə, həmin bioloji laboratoriyaların heç birində üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır”, – Lavrov əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu