fbpx

Ermənistanda deputata cinayət işi açılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan parlamentinin deputatı Mher Saakyana cinayət işi açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, İstintaq Komitəsinin İrəvan İstintaq şöbəsi parlamentdə xuliqanlıq və dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbərinə qarşı fiziki güc tətbiq edilməsi faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

Rüya tabirlerini burdan oku

İstintaqın nəticəsinə əsasən deputat Mher Saakyan martın 31-də saat 11:15 radələrində parlamentdə deputatların və hökumət nümayəndələrinin iştirakı ilə keçirilən qapalı müzakirə zamanı Dövlət və Hüquq Məsələləri Komissiyasının sədri Vladimir Vardanyan və orada olanlara qarşı hörmətsizlik, aqressiv davranış nümayiş etdirib.

Xüsusən Saakyan əlini masaya çırpıb, ayağa qalxaraq V.Vardanyana irad bildirib, eyni zamanda ona yaxınlaşaraq sifət nahiyəsinə zərbələr endirib, sağlamlığına yüngül xəsarət yetirib.

Deputat M.Saakyana Ermənistan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanda #deputata #cinayət #işi #açılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu