fbpx

Ermənistanda komandir 6 nəfərlə birlikdə 150 min dolları mənimsəyib

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Ermənistanda N saylı hərbi hissənin komandiri R.B., “MosEsco” MMC-nin direktoru K.Q. və daha 3 nəfər 60 milyon dram (təxminən 150 min ABŞ dolları) məbləğində vəsaiti mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiyaya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İş materiallarına əsasən, R.B. 2017-ci ildə ordu üçün yanacaq alınması komissiyasının rəhbəri olarkən “MosEsco” şirkətinə 240 min litr antifriz tədarükü üçün tenderdə qalib gəlməyə kömək edib. Şirkət faktiki olaraq cəmi 156 min litr tədarük etsə də, tam həcm üçün ödəniş alıb.

Saxta sövdələşmədə Komissiyanın tədarüklərlə bağlı sənədləri saxtalaşdıran altı üzvünün əli olub. Onlar dövlət vəsaitini mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Komissiyanın 3 üzvü saxlanılıb, qalanları həbs edilib. İbtidai istintaq davam edir.

Rüya tabirlerini burdan oku
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Ermənistanda #komandir #nəfərlə #birlikdə #min #dolları #mənimsəyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu