fbpx

Ermənistanda Omikrona yoluxanların sayı kəskin artdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İlkin hesablamalara görə, Ermənistanda koronavirus xəstələrinin 90%-dən çoxu Omikron ştamına yoluxub.

Metbuat.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində epidemioloq Armen Ohanyan deyib .

“İndi demək olar ki, hamı xəstələnir, xüsusən də əvvəllər xəstələnməmiş insanlar çox tez yoluxurlar. Hazırda bizdə stabil göstəricilər var. Bu, insanların ən kiçik bir simptomda müayinə olunmağa qaçmaması ilə əlaqədardır. Əvvəlki kimi sınaqlar keçirsəydik, indi gündə 5-7 min xəstə olardı, amma görürük ki, indi xəstələr var, onların sayı çoxdur, amma rəsmi rəqəmlər çox da yüksək deyil”, – mütəxəssis belə izah edib.

Rüya tabirlerini burdan oku

Peyvəndlərin omikrona qarşı əvvəlki ştamlara nisbətən daha az təsirli olub-olmadığını soruşduqda, epidemioloq qeyd edib ki, 5-6 və ya daha çox ay əvvəl peyvənd olunanlar, əgər “booster” almamışlarsa, praktiki olaraq peyvənd olunmamış hesab edilə bilər. İnsanlar “peyvəndi almışam” deyirlər, amma nəzərə almırlar ki, peyvəndi 7 ay əvvəl alıblar.

Koronavirusun spesifik ştamlarının müəyyən edilməsindən danışan epidemioloq bildirib ki, Səhiyyə Nazirliyi araşdırmalar aparır, lakin onlar yalnız elmi məqsədlər güdürlər.

“Məsələn, hansısa məktəb və ya ailə eyni mənbədən yoluxub, virusun ştamı üçün bir-iki məktəbdən nümunələr götürülür, sonra nəticə hamıya paylanır”, – Ohanyan əlavə edib.

Qeyd edək ki, Ermənistan Səhiyyə Nazirliyinin fevralın 15-nə olan məlumata görə, koronavirusa yoluxanların 74,7%-i peyvənd olunmayıb. Xəstəxanaya yerləşdirilənlərin 82%-i, vəziyyəti ağır olanların 81,5%-i də peyvənd olunmayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu