fbpx

Ermənistanın yalanı üzə çıxdı – “Azərbaycan əsir götürüb” dedikləri hərbçi tapıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapıb.

Metbuat.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi M.Q. martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanın #yalanı #üzə #çıxdı #Azərbaycan #əsir #götürüb #dedikləri #hərbçi #tapıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu