fbpx

“Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər”

BEY.AZ informasiya agentliyi xəbər verir



“Ermənistanla Azərbaycan arasında yaxın zamanda sülh sazişi imzalana bilər”.

Metbuat/az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

O bildirib ki, bəziləri Qarabağın işğaldan azad olunmasından narahatdır: “CHP sədri Kamal Kılıçdaroğlu təqdim etdiyi xəritədə Türk yolu Azərbaycan keçmir. Niyə? Azərbaycandan nə istəyirsiniz? Bəlkə bunu sizdən Ermənistan istəyir? İnşallah, Türkiyə xalqı bütün bunlara layiqli cavab verəcək”.

M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərdə son zamanlar loyal addımlar atır: “Tərəflər artıq bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Əgər belə davam edərsə, yaxın zamanda sülh müqaviləsi imzalana bilər”.

Nazir söyləyib ki, rəsmi Ankaranın Azərbaycan, Özbəkistan və digər Türk dövlətləri ilə müxtəlif səviyyələrdə təmaslar davam edir.

O bildirib ki, Türk dövlətləri arasında əlaqələr güclənir: “Artıq Türk dövlətlərinin inamı özünə qayıdıb. Bizim inamımız bizi hədəflərimizə çatdıracaq”.

XİN başçısı xatırladıb ki, mayın 28-i Azərbaycanın Müstəqillik Günüdür.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənistanla #Azərbaycan #arasında #yaxın #zamanda #sülh #sazişi #imzalana #bilər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin